Estoniya Rusiyaya sərhədini müddətsiz bağlamağı təklif edib
NQ
Estoniyanın Baş naziri Kristen Mixal Rusiya ilə sərhədin qeyri-müəyyən müddətə bağlanmasını təklif edib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Mixal bu barədə Delfi nəşrinə açıqlamasında bildirib. O, belə bir qərardan sonra mümkün miqrant axınına qarşı ölkənin sərhəd mühafizə xidmətinin hazırlıqlı olduğunu qeyd edib.
Estoniyanın daxili işlər naziri İqor Taro qərarın hökumətin iclasında veriləcəyini və sərhədin müvəqqəti və ya daimi bağlana biləcəyini açıqlayıb. Xarici işlər naziri Marqus Tsaxkna isə dekabrın 1-dən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrinin bağlanacağını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu planların təsdiqlənəcəyi təqdirdə Moskvanın buna münasibət bildirəcəyini qeyd edib.