Fransa hərbçiləri Ukraynada səfirlik missiyası çərçivəsində fəaliyyət göstərir
NQ
Fransa hərbi qulluqçuları Ukraynada hərbçilərin təlimi və hərbi texnikanın texniki xidməti ilə məşğul olur.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu Fransanın Silahlı Qüvvələr nazirinin müavini Alis Rufo RMC radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynada fəaliyyət göstərən müdafiə missiyası Fransanın Kiyevdəki səfirliyinə bağlıdır və tərkibində hərbi qulluqçular, mühəndislik üzrə mütəxəssislər var. Onlar “Mirage” təyyarələrinə və “Caesar” özüyeriyən artilleriya qurğularına texniki xidmət göstərir, həmçinin hərbi texnikadan istifadə üzrə təlimlər keçirirlər. Rufo əlavə edib ki, Avropa İttifaqının himayəsi altında da Ukraynaya bənzər hərbi missiya göndərilib.