Göyçayda aqrar təsərrüfatlara baxış keçirilib
NQNuray Qafarzadə

Göyçay rayonunda 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində aqrar təsərrüfat subyektlərinin fəaliyyəti ilə tanışlıq olub.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, baxışda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Prezident Administrasiyasının nümayəndəsi Adil Vəliyev və “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü Elşən Məmmədov iştirak ediblər.
Səfər çərçivəsində Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı Qərargahın növbəti iclası da keçirilib. İclasda görülmüş işlər müzakirə olunub, qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.