Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib
RH
Noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Vyetnam Prezidenti To Lam və xanımı No Fon Li Azərbaycan lideri İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı səmimiyyətlə qarşılayıblar.
Postxronika.az president.az-a istunadən xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycanın və Vyetnamın dövlət himnləri səsləndirilib, fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Daha sonra dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər və qarşılıqlı olaraq hər iki ölkənin nümayəndə heyətlərinin üzvləri liderlərə təqdim olunublar. Tədbirin sonunda fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin önündən keçib və liderlər birgə rəsmi foto çəkdiriblər.
Yüksək səviyyəli rəsmi qarşılanma mərasimi Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq əlaqələrinə və qarşılıqlı hörmətə verilən önəmin göstəricisidir. Dövlət başçılarının Hanoy görüşü ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar istiqamətlər üzrə genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rəsmi qarşılanma mərasiminin ardınca tərəflər arasında əməkdaşlıq gündəliyinin əsas məsələlərinə dair danışıqlara başlanılıb.