“İntervideniye” musiqi müsabiqəsi 2027-ci ilə təxirə salınıb
NQNuray Qafarzadə

Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan beynəlxalq “İntervideniye” musiqi müsabiqəsi 2026-cı ildə baş tutmayacaq və 2027-ci ilin payızına təxirə salınıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Alimov açıqlayıb. Onun sözlərinə görə, müsabiqənin Rusiyadakı təşkilatçısı olan “Traditions of Art” Fondu Səudiyyə Ərəbistanı nümayəndələri ilə mütəmadi görüşlər keçirərək hazırlıq işlərini davam etdirir. Alimov təxirəsalınmaya regiondakı mürəkkəb vəziyyətin də təsir etdiyini bildirib. Müsabiqənin dəqiq tarixi və keçiriləcəyi şəhər yaxın vaxtlarda müəyyənləşdiriləcək.