KTMT rəhbəri: Qərb kosmosu hücum silahlarının yerləşdirilməsi məkanı kimi görür
NQNuray Qafarzadə

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalatbek Masadıkov Qərbin kosmosdan hərbi məqsədlər üçün istifadəyə marağının artdığını bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Masadıkov Beynəlxalq Kollektiv Təhlükəsizlik Forumunda çıxışı zamanı kosmosun hücum silahlarının yerləşdirilməsi üçün istifadə olunan məkana çevrildiyini qeyd edib. Onun sözlərinə görə, əvvəllər mülki məqsədlər üçün nəzərdə tutulduğu bildirilən kosmik vasitələr hazırda müşahidə, kəşfiyyat, hədəflərin müəyyənləşdirilməsi və təhlükəsiz rabitə daxil olmaqla hərbi məqsədlər üçün də istifadə olunur.