Mədəniyyət sahəsində layihələr üçün qrant müsabiqəsi elan edilib
NQ
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi mədəni və yaradıcı sənaye sahəsində fəaliyyət göstərən hüquqi şəxslər üçün qrant müsabiqəsinə start verib.
Postxronika.az ARMN-yə istinadən xəbər verir ki, müsabiqənin məqsədi mədəniyyət xidmətlərinin inkişafını dəstəkləmək, innovativ layihələri stimullaşdırmaq və mədəniyyət sahəsində maarifləndirməyə töhfə verməkdir.
Müsabiqə çərçivəsində kiçik qrantlar üçün 15 min manatadək, orta qrantlar üçün 15-50 min manat, böyük qrantlar üçün isə 50 min manatdan yuxarı maliyyə vəsaiti nəzərdə tutulub. Layihələr milli məzmunlu yaradıcı məhsulların hazırlanması, rəqəmsallaşma, innovasiya, tədqiqat, dublyaj və regionlarda mədəni və yaradıcı sənayenin inkişafı kimi istiqamətləri əhatə edir.
Sənədlərin qəbulu 6-26 noyabr 2026-cı il tarixlərində elektron qaydada həyata keçiriləcək. Müraciət üçün son tarix 26 noyabr saat 18:00-dır.