Medvedev: Rusiya, ABŞ və Çin liderləri yeni təhlükəsizlik arxitekturasının formalaşmasında aparıcı rol oynayacaqlar
NQ
Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli görüşü beynəlxalq və Avropa təhlükəsizliyinin yeni arxitekturasının formalaşdırılmasında, silahlara nəzarət və regional münaqişələrin həllində bu ölkələrin aparıcı rolunu müəyyənləşdirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “MAX” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Medvedev qeyd edib ki, dünyanın üç əsas gücünün liderləri yeni beynəlxalq və Avropa təhlükəsizlik sisteminin qurulmasında mühüm mövqeyə malikdirlər. O, həmçinin Avropa ölkələrini və Böyük Britaniyanı tənqid edərək, onların azadlıqlar barədə bəyanatlarla çıxış etsələr də, nasistlərə və banderçilərə dəstək verdiklərini iddia edib.
Medvedevin sözlərinə görə, Avropa liderləri müharibələri dayandırmağa çalışmaq əvəzinə, münaqişələrin daha da alovlanmasına səbəb olurlar.