Medvedev Yaponiyanın tütün şirkətinin səhmlərinin kəskin ucuzlaşmasını şərh edib
NQ
Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Japan Tobacco” şirkətinin səhmlərinin rekord həddə ucuzlaşmasına münasibət bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, şirkətin Rusiyadakı aktivlərinin müvəqqəti idarəetməyə verilməsindən sonra səhmləri 19,3 faiz dəyər itirib. Medvedev sosial şəbəkədəki paylaşımında bu vəziyyəti “Siqaret öldürür” ifadəsi ilə şərh edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl “Japan Tobacco” şirkətinin Rusiyadakı bir sıra istehsal müəssisələrindəki paylarının “Industrial Assets” şirkətinin müvəqqəti idarəçiliyinə verilməsi barədə fərman imzalayıb. Qərar “Donskoy Tabak”, “Pereslavl-Tabak”, “JTI Yelets” və “Kres Neva” müəssisələrinə aid payları əhatə edir.