Milli Kitabxanada Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş virtual sərgi təqdim edilib
NQNuray Qafarzadə

Azərbaycan Milli Kitabxanasında 16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə virtual kitab sərgisi istifadəyə verilib.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə Beynəlxalq Tolerantlıq Gününün yaranma tarixi və mahiyyəti, Azərbaycanda tolerantlıq ənənələri, multikulturalizm və birgəyaşayış prinsipləri ilə bağlı materiallar yer alıb.
Virtual ekspozisiyada, həmçinin mövzuya dair dövri mətbuat məqalələri, Azərbaycan və xarici dillərdə nəşr olunan kitablar nümayiş etdirilir.