MMA döyüşçüsü Usman Nurməhəmmədov BƏƏ-də davaya görə 6 ay həbs cəzası alıb
NQ
Rusiyalı MMA döyüşçüsü Usman Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərində baş verən insidentə görə altı ay müddətinə azadlıqdan məhrum edilib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə agentliyə məlumatlı mənbə bildirib. Nurməhəmmədov və onun yaxınlarının gürcüstanlı MMA döyüşçüsü Merab Dvalişviliyə hücum etdiyi iddia olunur.
Əbu-Dabi məhkəmə qurumunun məlumatına görə, insidentdə iştirak edən səkkiz nəfərin hər biri altı ay həbs cəzasına və 13 600-81 600 dollar arasında dəyişən cərimələrə məhkum edilib. Onlar cəzalarını çəkdikdən sonra ölkədən deportasiya olunacaqlar.
Qeyd edək ki, insidentdən sonra saxlanılan Merab Dvalişvilinin daha sonra azadlığa buraxıldığı bildirilib.