537 nömrəli avtobusun hərəkət sxemi dəyişdirilib
RHRəşad Hüseynov

Novxanı-Pirşağı avtomobil yolunun Sahil küçəsindən keçən hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bu səbəbdən 537 nömrəli avtobus marşrutunun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Postxronika.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, avtobusların hərəkəti təmir işləri başa çatanadək 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri vasitəsilə təşkil olunacaq.
Sərnişinlərdən səfərlərini planlaşdırarkən müvəqqəti dəyişiklikləri nəzərə almaları xahiş olunur. Təmir işləri yekunlaşdıqdan sonra marşrutun əvvəlki hərəkət sxemi bərpa ediləcək.