Peskov: Aİ nümayəndələrinin Moskvaya səfərinin dəqiq tarixi hələ müəyyənləşməyib
NQ
Avropa İttifaqı (Aİ) nümayəndələrinin Moskvaya səfərinin dəqiq tarixi hələ müəyyənləşməyib. Rusiya onları Ukrayna münaqişəsinin həlli ilə bağlı dialoqun davam etdirilməsinə dair mövqelərini öyrənmək məqsədilə paytaxta dəvət edib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında səfərin vaxtının hələ dəqiqləşdirilmədiyini bildirib.
Peskov Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri zamanı diqqət çəkən nüvə çamadanı ilə bağlı xəbərlərə də münasibət bildirib. Onun sözlərinə görə, çamadan prezidentin səfərlərində daim müşayiətçisidir və bu, yeni və qeyri-adi hal deyil.
Kremlin sözçüsü, həmçinin ABŞ Prezidenti Donald Trampın onun peşəkarlığını tərifləməsinin gözlənilməz olduğunu qeyd edib.