Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
RH
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnama qarşıdakı rəsmi səfəri ərəfəsində Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. Dövlət başçısı təxminən yetmişillik tarixə malik ikitərəfli münasibətlərin bərabərhüquqluluq və qarşılıqlı maraqlar əsasında dayanıqlı şəkildə dərinləşdiyini bildirib.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, 2025-ci ilin yekunlarına görə ölkələr arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb, cari ilin ilk doqquz ayında isə tranzit daşımalarının həcmi təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Ölkə rəhbəri enerji, investisiya və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.
Müsahibədə həmçinin Heydər Əliyev Fondunun təşəbbüsləri, elm-təhsil mübadiləsi və mədəni layihələrin xalqlarımız arasında möhkəm körpü rolunu oynadığı diqqətə çatdırılıb. Prezident bu səfərin qarşılıqlı faydalı tərəfdaşlığın inkişafında və yeni bazarlara çıxış imkanlarının yaradılmasında mühüm addım olacağına əminliyini ifadə edib.