Putin APEC sammitində Tramp və Si Cinpinlə görüşə bilər
NQNuray Qafarzadə

Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunun (APEC) tədbirlərində iştirak edəcək.
Postxronika.az "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Vladimir Putin, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında keçirilməsi gözlənilən üçtərəfli görüş diqqətçəkən hadisə olacaq.
Uşakov Putinin APEC sammitində iştirak edəcək Donald Trampla mütləq görüşəcəyinə əminliyini ifadə edib.