Putin, Tramp və Si Cinpin arasında üçtərəfli sammit gözlənilir
NQ
Rusiya, ABŞ və Çin liderlərinin noyabrın 19-da keçirilməsi gözlənilən üçtərəfli görüşü, Avropanın Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda iştirak etmək cəhdləri və Aİ-nin Rusiya enerji resurslarından əldə olunan məhsulları almağa davam etməsi Rusiya mətbuatının əsas gündəm mövzuları olub
Postxronika.az TASS-a istinadən xəbər verir ki, noyabrın 16-da Rusiya mətbuatında dərc olunan nəşrlərdə Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında gözlənilən sammitə xüsusi diqqət yetirilib.
Nəşrlərdə Avropanın danışıqlar masasında yer almaq istəyinin prosesə əlavə çətinliklər yarada biləcəyi ilə bağlı narahatlıqlar və Avropa İttifaqının Rusiya karbohidrogenlərindən istehsal olunan enerji resurslarını almağa davam etməsi də diqqətə çatdırılıb.