Putin və Si Cinpin arasında keçirilən danışıqlar faydalı olub
NQNuray Qafarzadə

Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında bu gün keçirilən danışıqlar açıq və faydalı olub.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüş iki lider arasında davam edən müntəzəm dialoqun növbəti mərhələsi olub. Uşakov qeyd edib ki, tərəflər açıq fikir mübadiləsi aparıb, müzakirələr hər iki tərəf üçün həm məlumatlandırıcı, həm də faydalı olub.