Putin və Si Cinpin noyabrın 18-də ikitərəfli danışıqlar aparacaqlar
NQNuray Qafarzadə

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin noyabrın 18-də Şençjen şəhərində görüşəcəklər.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunun (APEC) sammiti çərçivəsində keçiriləcək və danışıqlarda hər iki ölkənin nümayəndə heyətləri iştirak edəcək.
Uşakovun sözlərinə görə, bu görüş liderlərin cari ilin əvvəlindən bəri beşinci təması olacaq. Tərəflər daha əvvəl Pekində, Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində və Yeni Dehlidəki BRICS sammitində bir araya gəliblər.