Putinin Trampla Çində geniş tərkibdə görüşü gözlənilmir
NQNuray Qafarzadə

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində geniş tərkibdə görüşünün baş tutması ehtimalı azdır.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, həmçinin Moskvanın Rusiya, ABŞ və Çin prezidentlərinin qarşıdakı üçtərəfli görüşü ilə bağlı xüsusi gözləntilərinin olmadığını qeyd edib.
Peskov Avropadan gələn sərt bəyanatlara da diqqət çəkərək, Avropanın danışıqlarda iştirakının Ukraynada sülh prosesinə töhfə verib-verməyəcəyinin Moskva üçün hələ də sual olaraq qaldığını vurğulayıb.