Qazaxın kəndlərində fermerlərin müraciətləri dinlənilib
NQ
Qazax rayonunun bir sıra kəndlərində aqropark və iri fermer təsərrüfatlarının fəaliyyəti araşdırılıb, təsərrüfat sahiblərinin təklif və müraciətləri dinlənilib.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, baxış İkinci Şıxlı, Birinci Şıxlı, Çaylı və Xanlıqlar kəndlərində 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Prezident Administrasiyasının və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri iştirak ediblər. Əsas məqsəd rayonun aqrar potensialını qiymətləndirmək, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqini və istehsal göstəricilərini araşdırmaq olub. Baxış zamanı kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması və istehsal həcminin genişləndirilməsi ilə bağlı məsul şəxslərə tapşırıq və tövsiyələr verilib.