Qazaxda V İdman Festivalına start verilib
NQNuray Qafarzadə

2026-cı ilin “İdman Paytaxtı” seçilən Qazax şəhərində V İdman Festivalı başlayıb.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, festivalın ilk günündə 13–15 yaşlı yeniyetmələr üçün müxtəlif istiqamətlər üzrə təlimlər təşkil olunub.
İştirakçılar ilkin yardım, hərbi-vətənpərvərlik, vokal, maketləşdirmə və xilasedici təlimlərdə iştirak ediblər. Festival çərçivəsində, həmçinin 22-dən çox idman növü üzrə məşğələlər keçirilir. Tədbirə noyabrın 22-də yekun vurulacaq.