Qrossi: MAQATE Zaporojye AES-ə hücumlara görə məsul tərəfi müəyyənləşdirmir
NQNuray Qafarzadə

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasına (AES) hücumlara görə münaqişə tərəflərindən hansının məsuliyyət daşıdığını müəyyənləşdirmək səlahiyyəti yoxdur.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, agentliyin mandatı texniki xarakter daşıyır və qurum siyasi təhlillə məşğul olmur. Qrossi qeyd edib ki, MAQATE-nin əsas vəzifəsi nüvə obyektlərində baş verən texniki hadisələr və hücumlar barədə beynəlxalq ictimaiyyəti operativ məlumatlandırmaqdır.