Rusiya 2035-ci ildə APEC-ə sədrlik etmək üçün namizədliyini irəli sürüb
NQNuray Qafarzadə

Rusiya 2035-ci ildə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumuna (APEC) sədrlik etmək niyyətindədir.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Kremlin köməkçisi Yuri Uşakov Rusiyanın ev sahibliyi etmək üçün namizədliyini hazırladığını və bu təşəbbüsün artıq müzakirə olunduğunu bildirib. O, 2035-ci ildə APEC sammitini keçirmək hüququnu əldə etməyə ümid etdiklərini qeyd edib.
Uşakovun sözlərinə görə, Rusiya 2012-ci ildə də Vladivostokda APEC-ə sədrlik edib və həmin sammit uğurla baş tutub. Həmin vaxt gömrük rüsumlarının azaldılması məqsədilə ekoloji cəhətdən təmiz məhsulların ilk beynəlxalq siyahısı razılaşdırılıb.