Rusiya batut gimnastikası üzrə dünya çempionatında daha bir qızıl medal əldə edib
NQNuray Qafarzadə

Rusiya yığması Çinin Nankin şəhərində keçirilən 2026-cı il batut gimnastikası üzrə dünya çempionatında kişilər arasında ikili mini-batut üzrə komanda yarışının qalibi olub.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Aleksandr Butko, İlya Penkin, Damian Kozmin və Timofey Qolubenko 26 xal toplayaraq qızıl medala sahib olublar. Portuqaliya 22 xalla gümüş, ABŞ isə 19 xalla bürünc medal qazanıb.
Bundan əvvəl Rusiya qadınlardan ibarət komanda ilə tamblinq yarışında da qızıl medal əldə edib. Qeyd edək ki, rusiyalı idmançılar 2019-cu ildən sonra ilk dəfə dünya çempionatında öz ölkələrinin bayrağı və himni ilə çıxış edirlər.