Rusiya: Buça təxribatı Ukrayna və MI6 tərəfindən təşkil edilib
NQ
Rusiya tərəfi 2022-ci ilin aprelində Buçada baş verən hadisələrin Ukrayna xüsusi xidmət orqanları və Britaniyanın MI6 kəşfiyyat xidməti tərəfindən sülh danışıqlarını pozmaq məqsədilə təşkil edildiyini iddia edib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski Vyanada Buça hadisələrinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin martında Moskva və Kiyev arasında aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunub və tərəflər mümkün sülh razılaşmasının prinsiplərini əvvəlcədən razılaşdırıblar. Polyanski iddia edib ki, Qərb sülhün əldə olunmasında maraqlı olmayıb və Buça hadisələrindən Rusiyaya qarşı beynəlxalq təzyiqləri artırmaq üçün istifadə edib.
Diplomat əlavə edib ki, həmin hadisələr sonradan kollektiv Qərbin Rusiyanı məsuliyyətə cəlb etmək cəhdlərinin başlanğıc nöqtəsinə çevrilib.