Rusiya hava hücumundan müdafiə qüvvələri 1 065 Ukrayna PUA-sını vurub
NQNuray Qafarzadə

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 1 065 sabitqanadlı pilotsuz uçuş aparatını məhv edib. Bundan əlavə, üç idarəolunan aviasiya bombası və HIMARS yaylım atəşli reaktiv sistemindən buraxılan bir raket zərərsizləşdirilib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi son sutka ərzində Ukrayna qüvvələrinin istifadə etdiyi hərbi aerodromlara, enerji və nəqliyyat infrastrukturuna, PUA istehsalı müəssisələrinə, sursat anbarlarına və canlı qüvvənin yerləşdiyi məntəqələrə zərbələr endirildiyini də açıqlayıb.