Rusiya Mərkəzi Bankı fərdi investorlar üçün əlçatan kriptovalyutaları müəyyən edib
NQNuray Qafarzadə

Rusiya Mərkəzi Bankı ixtisaslı olmayan investorların əldə edə biləcəyi kriptovalyutaların siyahısını açıqlayıb. Siyahıya Bitcoin, Ethereum və USD Tether (USDT) daxil edilib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, tənzimləyicinin müvafiq qərarı noyabrın 17-dən qüvvəyə minəcək. Həmin tarixdən etibarən birjalar bu aktivlərin sərbəst dövriyyəsinə icazə verə biləcəklər.
İnvestorlar kriptovalyutaları brokerlər, idarəçilər və kriptovalyuta mübadiləsi məntəqələri vasitəsilə əldə edə biləcəklər. Əməliyyatlardan əvvəl bütün investorlar müvafiq testlərdən keçməli və kriptovalyuta investisiyalarının riskləri ilə tanış olmalıdırlar.