Rusiya ordusu Ukraynada 290 mindən çox PUA-nın məhv edildiyini açıqlayıb
NQNuray Qafarzadə

Rusiya Müdafiə Nazirliyi Ukraynada xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna ordusuna məxsus 290 mindən çox pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, indiyədək 674 təyyarə, 284 helikopter, 672 zenit-raket kompleksi, 31 658 tank və digər zirehli döyüş maşını sıradan çıxarılıb.
Bundan başqa, 1 797 reaktiv yaylım atəşi sistemi, 36 934 artilleriya qurğusu və minaatan, eləcə də 77 338 xüsusi təyinatlı hərbi avtomobil məhv edilib.