Rusiya qazının qiyməti və Avropada enerji tələbatı müzakirə olunur
NQ
Rusiya Avropa ölkələri ilə qaz təchizatı üzrə mövcud razılaşmalara sadiq qaldığını bəyan edib, Macarıstan isə daha sərfəli qiymətlərlə alternativ enerji mənbələri axtarışını davam etdirir.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiyanın dövlətə məxsus “Srbijagas” şirkətinin Müşahidə Şurasının sədri Aleksandar Vulinlə görüşündə Moskvanın Serbiya ilə uzunmüddətli qaz müqaviləsi də daxil olmaqla, bütün mövcud razılaşmalara əməl etdiyini bildirib.
Macarıstanın Baş naziri Peter Magyar isə hökumətinin Rusiya qazını ucuz hesab etmədiyini və yanacağın daha əlverişli qiymətlərlə idxalı üçün alternativ mənbələr axtardığını qeyd edib.