Rusiya Rumıniyanın səfirini gənc taekvondoçulara viza verilməməsi ilə bağlı çağırıb
NQNuray Qafarzadə

Rusiya Xarici İşlər Nazirliyi Rumıniyanın Moskvadakı səfiri Kristian İstrateni ölkənin gənc taekvondoçularına giriş vizalarının verilməsindən imtina edilməsi ilə bağlı çağırıb və etirazını bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, rusiyalı idmançılar noyabrın sonunda Buxarestdə keçiriləcək, 12-14 yaşlı oğlan və qızlar arasında Avropa taekvondo çempionatında iştirak etməli idilər.
Rusiya XİN Rumıniyanın viza verməkdən imtina qərarını əsassız hesab edərək bu addımla bağlı qarşı tərəfə qəti etirazını çatdırıb.