Rusiya və BƏƏ hərbi-texniki, kosmik və bank sektorlarında əməkdaşlığı müzakirə edib
NQNuray Qafarzadə

Rusiya və Birləşmiş Ərəb Əmirlikləri hərbi-texniki əməkdaşlıq, kosmik tədqiqatlar və bank sektoru üzrə əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu BƏƏ Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əl-Şəmsi ilə görüşündə məlumat verib.
Şoyqu bildirib ki, tərəflər hüquq-mühafizə, banklararası əməkdaşlıq və atom enerjisindən dinc məqsədlərlə istifadə sahələrində də danışıqlar aparıblar. Əməkdaşlığın dərinləşdirilməsi məqsədilə iki ölkənin müvafiq qurumları arasında Anlaşma Memorandumu imzalanıb.