Rusiya zərbələri Ukraynada elektrik stansiyasına ziyan vurub
RH
Rusiya raketlərinin bu ayın əvvəlində Ukraynanın ən böyük özəl enerji şirkəti DTEK-ə məxsus elektrik stansiyasına endirdiyi zərbə nəticəsində obyektin damı və divarları dağılıb, turbinlər və qazanlar dağıntılar altında qalıb.
Postxronika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hazırda yüzlərlə işçi avadanlıqların vəziyyətini qiymətləndirmək üçün ərazidə təmizləmə işləri aparır. Stansiyanın texniki işçisi Oleksiy sonuncu hücumun ən dağıdıcı zərbə olduğunu və bütöv bir bölgəni qışda istiliksiz qoya biləcəyini bildirib. Təhlükəsizlik səbəbindən zərər görmüş obyektin dəqiq yeri açıqlanmır.
Payızın ortalarından Ukraynanın enerji infrastrukturuna hücumları intensivləşdirən Rusiya milyonlarla insanı elektrik enerjisindən məhrum edib. Rəsmi Moskva mülki obyektləri qəsdən hədəfə alması ilə bağlı ittihamları rədd edir.