Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq
NQ
Türkiyədə fövqəladə hallar və logistika əməliyyatları zamanı pilotsuz uçuş aparatlarının (PUA) istifadəsini təmin etmək məqsədilə avtomobil yollarının müəyyən hissələri xüsusi şəkildə uyğunlaşdırılacaq.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu Antalyada açıqlayıb.
Nazirin sözlərinə görə, PUA-ların uçuş-enməsi və parklanması üçün ölkə üzrə 9562 uyğun yol sahəsi müəyyən edilib. İlkin mərhələdə isə 52 yol sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur.
Uraloğlu qeyd edib ki, “AKINCI” və “Bayraktar TB2” pilotsuz uçuş aparatları sınaq çərçivəsində Manisa-Balıkesir avtomobil yolunda uçuş-enmə həyata keçiriblər.