“Vahid Sağlamlıq” proqramı çərçivəsində tələbələrin mentorlarla görüşləri keçirilir
NQ
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tələbələrin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Vahid Sağlamlıq” mentorluq proqramını davam etdirir.
Postxronika.az AQTİ-yə istinadən xəbər verir ki, proqram çərçivəsində seçilmiş tələbələr fərdi profillərinə və maraq dairələrinə uyğun mentorlarla görüşürlər.
12 həftəlik inkişaf proqramı qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də ictimai sağlamlıq sahələrini əhatə edir. Görüşlər zamanı aktual məsələlər, mövcud çağırışlar və praktiki fəaliyyət istiqamətləri müzakirə olunur, tələbələrin nəzəri biliklərinin real iş mühitində tətbiqi və peşəkar bacarıqlarının artırılmasına diqqət yetirilir.