“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan edilib
RH
Azərbaycan Dəmir Yolları və Fotoqrafları Birliyi ölkədə dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi münasibətilə birgə fotomüsabiqə elan edib. Layihənin əsas qayəsi polad magistralın zəngin tarixini, müasir nailiyyətlərini və sosial-iqtisadi həyatdakı mühüm rolunu sənət vasitəsilə ictimaiyyətə təqdim etməkdir. Yaşından və peşəsindən asılı olmayaraq hər kəsin qatıla biləcəyi yarışma 3 noyabr – 7 dekabr tarixləri arasında keçiriləcək.
Postxronika.az ADY istinadən xəbər verir ki, iştirakçılar fotoaparat, smartfon və ya dronla çəkdikləri ən çox 5 işi elektron ünvan vasitəsilə təşkilatçılara göndərə bilərlər. Peşəkar münsiflər heyəti tərəfindən seçiləcək ilk üç yerin sahibinə müvafiq olaraq 500, 300 və 200 manat pul mükafatı veriləcək. Yekunda təqdim olunan nümunələrdən ibarət xüsusi sərgi təşkil ediləcək və bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.
Fotoqrafiya müsabiqələri yaradıcı potensialın üzə çıxarılmasında və tarixi anların gələcək nəsillərə çatdırılmasında əvəzsiz rol oynayır. Dəmir yolu şəbəkəsinin fotosalnaməsinin zənginləşdirilməsi ölkənin nəqliyyat irsinin təbliği baxımından böyük əhəmiyyət daşıyır. Bu cür mədəni təşəbbüslər həm peşəkar, həm də hevəskar fotoqrafların inkişafına mühüm stimuldur.