Alyoşkidən təxliyə olunanların hamısına tibbi yardım göstəriləcək
NQNuray Qafarzadə

Alyoşki şəhərindən təxliyə edilən bütün sakinlərə zəruri tibbi yardım göstəriləcək, müvəqqəti yerləşdirmə mərkəzlərində onlara psixoloji dəstək də veriləcək.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın İnsan Hüquqları üzrə müvəkkili Yana Lantratova humanitar missiyanın nəticələrinə dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təxliyə olunanlar müvəqqəti yerləşdirmə mərkəzlərində ilkin tibbi yardımla təmin edilib, həkimlər onların müalicəsini davam etdirir. Mərkəzlərdə sakinlərə psixoloqlar da dəstək göstərirlər.