“Xilasedici” CEV Çempionlar Liqasında növbəti matçına çıxır
RH
Kişilərdən ibarət “Xilasedici” voleybol komandası CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində növbəti sınağına hazırlaşır. Təmsilçimiz bu mərhələdə Portuqaliyanın güclü “Sporting CP Lisboa” kollektivi ilə üz-üzə gələcək. Komandalar arasında ilk qarşılaşma noyabrın 3-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman kompleksində təşkil olunacaq.
Postxronika.az FHN istinadən xəbər verir ki, saat 18:00-da start götürəcək oyun yerli azarkeşlər üçün böyük maraq kəsb edir. Cütün cavab görüşü isə noyabrın 11-də rəqib meydanında — Portuqaliyada baş tutacaq. Voleybolçularımız doğma azarkeşlər önündə uğurlu nəticə qazanaraq cavab matçına üstünlüklə yollanmağı hədəfləyirlər.
Ölkə klublarının Avropa miqyaslı turnirlərdə mübarizə aparması milli voleybolun inkişafına mühüm təkan verir. Beynəlxalq arenada qazanılan təcrübə idmançıların peşəkarlıq səviyyəsini və komandanın oyun dinamikasını yüksəldir. Təmsilçimizin Çempionlar Liqasındakı uğurlu çıxışı Azərbaycan idmanının nüfuzunu daha da möhkəmləndirir.