Şoyqu Qərb ölkələri və Rusiyanın gücü barədə danışıb
NQNuray Qafarzadə

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Qərb ölkələrini insanın mənfi xüsusiyyətlərinin yayıldığı məkan kimi xarakterizə edib və Rusiyanın gücünün əsas amillərini açıqlayıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Şoyqu bu fikirləri “Rusiya xalqları” beynəlxalq həftəsinin açılışında səsləndirib.
O bildirib ki, Rusiyanın gücü yalnız iqtisadi suverenliyinin möhkəmlənməsi və hərbi imkanları ilə deyil, həm də vətəndaşların birliyi və hakimiyyətə etimadı ilə müəyyən olunur. Şoyqunun sözlərinə görə, Qərb ölkələrində insan hüquq və azadlıqları öz ilkin mənasını itirərək cəmiyyətə təsir vasitəsinə çevrilib.