Kreml Putin və Si Cinpin arasında görüşə hazırlaşır
NQNuray Qafarzadə

Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşün keçirilməsi üçün hazırlıqlar davam edir.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. O bildirib ki, Rusiya tərəfi Çinli tərəfdaşları ilə sammit çərçivəsində görüşü səbirsizliklə gözləyir.
Peskovun sözlərinə görə, Putinin sammitdə iştirakı ilə bağlı proqram hələ hazırlanır və mümkün üçtərəfli görüşə dair konkret məlumat yoxdur.