Lavrov Avropanın davranışını, Moskvanın avropalılara dəvətini və Gürcüstanla münasibətləri şərh edib
NQ
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa nümayəndələrinin Ukrayna ilə bağlı danışıqlar masasına əyləşərək dərhal “ayaqlarını masanın üstünə qoyacaqlarını” bildirib və Moskvanın buna imkan vermək istəmədiyini vurğulayıb.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Lavrov bu fikirləri Belarusun Qomel şəhərində Rusiya və Belarus xarici işlər nazirliklərinin kollegiyalarının birgə iclasından sonra keçirilən mətbuat konfransında səsləndirib. Nazir qeyd edib ki, Moskva ilk növbədə Avropanın Avropa təhlükəsizlik arxitekturası ilə bağlı danışıqlarda hansı rol oynaya biləcəyini aydınlaşdırmaq istəyir.
Lavrov, həmçinin Moskvanın Tbilisi ilə münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu bir daha bəyan edib.