Rusiya və Bruney strateji tərəfdaşlıq sazişi imzalamaq niyyətindədir
NQNuray Qafarzadə

Rusiya və Bruney münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir. Tərəflər strateji tərəfdaşlıq münasibətlərinin qurulması ilə bağlı birgə bəyannamə qəbul ediblər.
Postxronika.az ''TASS ''agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya-Bruney danışıqlarından sonra bildirib. Putin Bruney sultanı Həsənəl Bolkiah ilə görüşdə iki ölkənin qlobal və regional gündəlikdəki əksər məsələlər üzrə mövqelərinin yaxın və ya üst-üstə düşdüyünü vurğulayıb.