Peskov Lukaşenkonun Zelenskiyə təklifini və Avropanın ziddiyyətli mövqeyini şərh edib
NQ
Kremlin sözçüsü Dmitri Peskov Avropanın Rusiya ilə dialoq məsələsində ziddiyyətli bəyanatlar səsləndirdiyini bildirib. O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Vladimir Zelenskinin Moskvaya mümkün səfəri zamanı təhlükəsizlik təminatçısı olmaq təklifini müsbət qiymətləndirib.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Peskov “İzvestiya” qəzetinə açıqlamasında Avropa nümayəndə heyətinin Moskvaya mümkün səfəri ilə bağlı hazırda konkret məlumatın olmadığını bildirib. O, həmçinin Ukraynanın Aralıq dənizi və Baltik dənizində Rusiya gəmilərinə hücumlarının münaqişənin coğrafiyasını genişləndirdiyini və Kiyevə maliyyə, silah-sursat dəstəyi verən ölkələrin təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.