Novak Rusiyanın yanacaq bazarındakı vəziyyətlə bağlı açıqlamalar verib
NQ
Rusiyada yanacaq çatışmazlığı qonşu və digər ölkələrdən həyata keçirilən tədarüklər hesabına aradan qaldırılır. Benzin ixracının tənzimlənməsi ilə bağlı növbəti qərarların isə dekabr ayında qəbul edilməsi planlaşdırılır.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkənin daxili yanacaq bazarındakı vəziyyət neft emalı zavodlarının bir qisminin təmirə dayanması səbəbindən gərgin olaraq qalır, çatışmazlıq isə xarici tədarüklərlə kompensasiya edilir.
Novak qeyd edib ki, hökumət daxili bazarın yanacaqla təmin olunması üçün zəruri tədbirləri görür və benzin ixracının tənzimlənməsi ilə bağlı qərar gələcək balans proqnozları nəzərə alınmaqla dekabrda veriləcək.