Rusiya Avropa Komissiyasının gərginliyin azaldılmasına hazır olmadığını bildirir
NQ
Rusiya tərəfi Avropa Komissiyasının Moskva ilə Avropada təhlükəsizlik məsələləri üzrə ikitərəfli məsləhətləşmələr aparmaq təklifini rədd etməsini münasibətlərdə gərginliyin azaldılmasına hazır olmamağın göstəricisi kimi qiymətləndirib.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlardakı nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunun plenar iclasında bildirib. Onun sözlərinə görə, mövcud Avropa təhlükəsizlik mexanizmləri Rusiyanın maraqlarını nəzərə almır və NATO ölkələri tərəfindən anti-Rusiya istiqamətində formalaşdırılır, Moskvanın militarizasiyanın dayandırılması və gərginliyin azaldılması çağırışları isə diqqətdən kənarda qalır.
Jdanova, həmçinin Almaniya siyasətçisi Yohann Vadefulun Avropada sülh və sabitliyin Rusiya ilə deyil, Rusiyaya qarşı mümkün olduğu barədə bəyanatını tənqid edib.