Kreml Alyoşkidəki humanitar əməliyyatı uğurlu hesab edir
NQNuray Qafarzadə

Alyoşkidə həyata keçirilən humanitar əməliyyat, Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqli perspektivləri və kiberhücumlar Kremlin gündəliyində əsas müzakirə mövzuları olub.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə açıqlama verib.
Peskov Alyoşkidəki humanitar əməliyyatın uğurla başa çatdığını bildirib və prosesdə ABŞ tərəfinin, xüsusilə Melaniya Trampın dəstəyini yüksək qiymətləndirib. O, həmçinin gələcəkdə cəbhənin digər istiqamətlərində oxşar humanitar fasilələrin elan edilməsi ilə bağlı hazırda konkret təşəbbüslərin olmadığını qeyd edib.