Rusiya Ukraynada PUA istehsalı və saxlama məntəqələrini vurub
NQNuray Qafarzadə

Rusiya hərbi qüvvələri son sutka ərzində Ukraynada pilotsuz uçuş aparatlarının (PUA) yığılması və saxlanılması məntəqələrinə, eləcə də hərbi mövqelərə zərbələr endirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyatda taktiki aviasiya, hücum PUA-ları, raket qoşunları və artilleriyadan istifadə olunub. Zərbələr Ukrayna ordusunun istifadə etdiyi enerji və nəqliyyat infrastrukturu obyektləri də daxil olmaqla, 142 istiqamətə endirilib.