Azərbaycan-Türkiyə müttəfiqliyi siyasi konyunkturadan və kənar müdaxilələrdən uzaqdır
RH
Milli Məclisin deputatı Vasif Qafarov Azərbaycan və Türkiyə arasındakı münasibətlərin müvəqqəti siyasi proseslərdən və sosial şəbəkələrdəki süni müzakirələrdən qat-qat üstün olduğunu bildirib. Əlaqələrin təməlində ortaq tarix, dil, mədəniyyət və sarsılmaz qardaşlıq bağlarının dayandığı vurğulanıb. Prezident İlham Əliyevin iki ölkə arasına nifaq salmaq istəyənlərin niyyətlərinə çata bilməyəcəyi barədə bəyanatı mühüm strateji mesaj kimi qiymətləndirilib.
Postxronika.az Report-a istinadən xəbər verir ki, dövlətlərarası münasibətlər ayrı-ayrı şəxslərin açıqlamaları ilə deyil, liderlərin siyasi iradəsi və milli maraqları ilə müəyyən edilir. 44 günlük Vətən müharibəsindəki siyasi dəstək və imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındakı müttəfiqliyin ən bariz nümunələridir. Türkiyə ilə münasibətləri pozmağa yönələn hər bir cəhdin nəticəsiz qalacağı kətiyyətlə diqqətə çatdırılıb.
İki qardaş dövlətin sarsılmaz birliyi regionda sülhün və sabitliyin təmin olunmasında həlledici rol oynayır. Strateji tərəfdaşlıq həm də iki ölkənin ortaq gələcək hədəflərinə və iqtisadi-siyasi maraqlarına xidmət edir. Bu möhkəm təməl Bakı və Ankaranın beynəlxalq müstəvidə vahid mövqedən çıxış etməsini təmin edir.