Rusiya ordusu Zaporojye vilayətində Barvinovka yaşayış məntəqəsini ələ keçirib
NQ
Rusiya hərbçiləri Ukraynada davam edən hərbi əməliyyatlar çərçivəsində Zaporojye vilayətində yerləşən Barvinovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, “Şərq” qoşun qruplaşmasının bölmələri hücumlarını davam etdirərək Barvinovka yaşayış məntəqəsini ələ keçirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, son 24 saat ərzində cəbhənin müxtəlif istiqamətlərində Ukrayna ordusunun təxminən 1 110 hərbçisi itki verib. İtkilərin 170-i “Şimal”, 220-dən çoxu “Qərb”, 155-dən çoxu “Cənub”, 335-i “Mərkəz”, 205-dən çoxu “Şərq”, təxminən 25-i isə “Dnepr” qoşun qruplaşmalarının məsuliyyət zonalarında qeydə alınıb.