Putin yanacaq-energetika komissiyasının iclasını çağırıb
NQNuray Qafarzadə

Rusiya Prezidenti Vladimir Putin Yanacaq-Energetika Kompleksinin İnkişaf Strategiyası və Ekoloji Təhlükəsizlik Komissiyasının iclasını çağırıb.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, Kremlinin saytında yayılan məlumata görə, Putin sonuncu dəfə bu komissiyanın iclasına 2018-ci ildə sədrlik edib. Komissiyanın yeni tərkibi 2024-cü ildə təsdiqlənib, noyabrın 23-də isə yenidən dəyişdirilib.
Komissiyanın tərkibinə bir sıra yüksək vəzifəli şəxslər, o cümlədən sənaye və ticarət naziri Anton Alihanov və “Roskosmos”un baş direktoru Dmitri Bakanov daxil edilib. Komissiyanın icraçı katibi “Rosneft” şirkətinin rəhbəri İqor Seçindir.