Latviyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
NQNuray Qafarzadə

Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkili Ramona Krasovska Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, buna Latviyanın Rusiyanın Riqadakı səfirliyinin konsulluq şöbəsində çalışan yerli əməkdaşlarla əmək münasibətlərinin dayandırılması barədə ultimatum verməsi səbəb olub.
Rusiya XİN-də diplomata bu qərarın hər iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinə yarada biləcəyi problemlər izah edilib. Xüsusilə, 1994-cü il tarixli hökumətlərarası sazişə əsasən, Latviyada yaşayan rusiyalı hərbi pensiyaçılara pensiya ödənişlərinin davam etdirilməsinin çətinləşəcəyi bildirilib.